Personal Branding – Necə məhşur ola bilərəm?

“Personal branding” və ya başqa deyimlə şəxsi brendləşmə deyərkən insanların ilk ağlına gələn stuasiya insanların bir anın içərisində məhşurlaşması, gündəmdə olması, hər kəsin yaxınlaşıb avtoqraf alması, fanatların hücumuna məruz qalması, sosial medya hesablarında yüz minlərlə izləyicilərin olması kimi başa düşülür. İnsanların bəs belə qəbul etmə səbəbləri nəyə görədir? İnsanların hadisələri belə qəbul etməsi ötən əsrin əvvələrində Amerikada Hollywood və şou dünyasının inkişafı ilə yaranmağa başlamışdır. Şou dünyasında kütləvi şəkildə bir gecə içərisində dünya səhnələrini fəth edən insanların sayı sürətli şəkildə artmağa başlayanda insanlar şəxsi brendləşməni məhşurlaşma ilə səhv salmağa başladı. Hətta günümüzün dünyasında da Amerika və avropa mərkəzli prodakşınlar yeni parıldamaq istəyən insanları müəyyən məbləğ qaşılığında  məhşur ulduzlar ilə qalmaqallar yaradıb süni şəkildə məhşurlaşma oyunları qururlar. Sosial medya üzərindən bir günün içərisində məhşur olan çox saylı insanlar var və artmağa doğru da dayanmadan davam edir ki, bu gün də şəxsi markalaşma məhşurluq ilə səhv salınması üçün bu da başqa bir səbəbdir.

O zaman sual yaranır, məni hamı tanımayacaqsa personal branding nədir və ya nəyə lazımdır?

İlk öncə əgər siz idman, musiqi, film, siyasət kimi içtimai sahələrdə çalışmırsınızsa sizin hər bir kəs tərəfindən tanınmaq məcburiyyətiniz hətta ehtiyacınız yoxdur.

Düşünün ki, siz Azərbaycanın Bakı şəhərində olan “Falme Towers” binasının arxitektorsunuz və sizcə Bakı şəhərində sizi neçə nəfər tanıyır? Əmin olun ki, arxitektura və inşaat sahəsində olan insanların sizi tanıması yetərlidir ki, o insanlar sizin əsl peşəkar olduğunuzu bilsin və bir ölkənin əzəmətli milyonluq binasını arxitektruasını sizə həvalə edilsin.

İndi isə belə bir hadisəni canlandıraq. Siz bir maliyyə mütəxəssisiniz və şəxsi brendinizi yaratmalısınız. Təbii ki, siz düşünəcəksiniz ki, mən insanlar arasında necə tanınım. Lakin sizin əslində hədəf kütləniz və reputasiya qazanmaq istədiyiniz hədəf kütləsi heç də o qədər böyük deyil. Əgər yaşadığınız ölkədə 10 bank olduğunu var saysaydıq və bu 10 bankın idarə heyyətinin sədrlərinin sizi tanınması və onların yanında reputasiya qazanmağınız yetərlidir. Əslində sizin şəxsi brendləşmə zamanı əsas hədəf kütləniz heç də hər kəs deyil cəmi 10 nəfər insandır. Çünki bir maliyyəçi kimi sizin gəlcək kayreranızda və fəaliyyətinizdə əsas açar şəxslər həmin insanlardır.

Şəxsi brendləşmə prosesi gündəmə və real hadisə üzrəində deyil uzun zamanlı dəyər və reputasiya inşası üzərinə qurulur. İllər və zamanlar keçsə də şəxsi brend dəyəriniz hər keçən gün daha çox dəyər artırır. Sizi hamının tanıması deyil sizə lazım olan adamların tanıması və reputasiya qaldırmanız vacibdir.

Fərid Məhərrəmli 

Brandmaker

    Leave Your Comment Here